Ançelotti: Bizim üçün transfer bazarı bağlıdır
03.01.2014 - 07:33
Ançelotti: Bizim üçün transfer bazarı bağlıdır
Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti ötən gün PSJ ilə yoldaşlıq matçından sonra qış fasiləsindəki transfer planları ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis heyətdə heç bir dəyişiklik etməyəcəklərini deyib:

“Heç kim ayrılmayacaq, heç kimi də almayacağıq. Bizim üçün transfer bazarı bağlıdır”.

Ançelotti mövsüm sonu müqaviləsi başa çatacaq Xabi Alonso ilə bağlı məsələyə də aydınlıq gətirib: “Bu məsələyə bir həll tapacağımıza və futbolçu ilə anlaşacağımıza inanıram”.