“Qəbələ”nin daha 2 rəqibi müəyyənləşdi
03.01.2014 - 10:21
Yanvarın 5-dən 28-nə kimi Türkiyədə təlim-məşq toplanışı keçəcək “Qəbələ”nin daha 2 sınaqçı rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar”ın yanvarın 10-da baş tutmalı olan ilk matçında hələ rəqib müəyyənləşməsə də, ayın 13-dəki rəqibi artıq bilinir.
“Qəbələ” həmin gün Qazaxıstan Premyer Liqa təmsilçisi “Tobol”la qarşılaşacaq. Əvvəlcədən bilindiyi kimi, bundan 3 gün sonra “Konyaspor”la qarşılaşmalı olan Yuri Syominin yetirmələrinin digər Qazaxıstan təmsilçisi “Spartak”la da görüşü olacaq. Semey təmsilçisi ilə matç yanvarın 20-dədir. Bundan sonra isə “Qəbələ”ni Rusiya Premyer Liqa klubu “Volqa” ilə oyun gözləyir. Nijni-Novqorod komandası ilə qarşılaşma “Spartak”la oyundan 2 gün sonradır.
Qeyd edək ki, “Qəbələ” yanvarın 10-dan başqa, 24 və 27-dəki yoxlama oyunlarındakı rəqiblər hələ müəyyənləşməyib.

0
0