Cihan Özkara "Simurq"la eyni yerdə qalacaq
03.01.2014 - 10:42
Cihan Özkara "Simurq"la eyni yerdə qalacaq
Milli komandamızın hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor”un hazırlıq proqramı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Sivas təmsilçisi yanvarın 8-dən Antalyanın Side bölgəsində yerləşən “Sueno” otelində məskunlaşacaq.

Komanda burda 6 günlük hazırlıq keçəcək. Bundan sonra isə komanda yanvarın 14-də Bursaya yollanacaq. Çünki “Sivasspor” Türkiyə kubokunun qrup mərhələsinin ilk matçında həmin gün “Bursaspor”un qonağı olacaq.

Qeyd edək ki, “Sivasspor”un 6 günlük Antalya hazırlığı dönəmində “Simurq”la qarşılaşmaq ehtimalı böyükdür. Çünki Zaqatala təmsilçisi də yanvarın 8-dən etibarən “Sueno” otelində məskunlaşacaq.