Yunanıstandan təklif aldı, ölkəmizdə oynamağa qərar verdi
03.01.2014 - 12:24
Konqo Demokratik Respublikasının (KDR) yığmasının futbolçusu Landri Mulemo ölkəmizdən təklif alıb. Bunu apasport.az saytına açıqlayan mənbənin sözlərinə görə, Belçika doğumlu futbolçu eyni zamanda Yunanıstan klublarından birindən də təklif alıbmış.
Ancaq adı açıqlanmayan Yunanıstan klubunun təklif etdiyi məbləğ Mulemonu razı salmayıb. Buna səbəb onun bir gün əvvəl ölkəmizdən daha sərfəli təklif almasıdır. Futbolçunun yaxın günlərdə ölkəmizdən təklif aldığı klubun düşərgəsinə gələcəyi deyilir.
Belçikada “Standard”ın yetirməsi olan Mulemo sol cinah müdafiəçisidir. 27 yaşlı futbolçu bu klubdan başqa, vətəndaşlığını daşıdığı Belçikada “Sent-Trüden” (icarə) və “Kortreyk”in şərəfini qoruyub. Türkiyədə “Bucaspor”da legioner karyerası yaşayan qaradərili oyunçu ötən il İsraildə Qüds “Beytar”ına keçib. Belçika U-17 və U-18-lərində oynayan Mulemo bu ölkənin U-21-i ilə 2007-ci ildə Hollandiyada keçirilən Avropa çempionatının iştirakçısı olub. O, 1 il sonra Pekin Olimpiadasında Belçikanı təmsil edib. Ancaq Mulemo 2011-ci ildən tarixi vətəni olan KDR yığmasında çıxış edir. Burda 9 matç keçirmiş Landri ötən il baş tutmuş Afrika Millətlər Kubokunun iştirakçılarındandır.
Mulemonun hansı klubumuzdan təklif aldığı bilinməsə də, bunun “Qəbələ” olduğunu ehtimal etmək olar. Çünki Elnur Allahverdiyev “Xəzər Lənkəran”a qayıdacağı halda, “qırmızı-qaralar”a sol cinah müdafiəçisi lazımdır. Üstəlik, bu futbolçunun 2010/11 mövsümündə Türkiyədə çıxış etməsi ona marağın “Qəbələ” tərəfindən olduğunu düşünməyə əsas verir. Belə ki, Qəbələ təmsilçisi ölkəmizdə Türkiyə çempionatlarında əvvəllər çıxış etmiş futbolçuları heyətinə qatan komanda kimi tanınır.
Qeyd edək ki, artıq ölkəmizdə 2 konqolu futbolçu çıxış edir. Bunlar “İnter”in mərkəz müdafiəçisi Brüs Abdulay və “Qarabağ”ın hücumçusu Ulriş Kapolonqodur. Ancaq Mulembadan fərqli, onlar KDR yox, Konqo Respublikasının vətəndaşlarıdır.

0
0