Əli Gökdəmir Ruslan Abışova qarşı oynaya bilər
03.01.2014 - 13:16
Milli komandamızın futbolçusu Əli Gökdəmirin çıxış etdiyi “Hannover 96”nın hazırlıq planlarına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Almaniya Bundesliqa təmsilçisi yanvarın 5-də bir araya gələcək.
Bundan sonra komanda Türkiyənin Bələk bölgəsinə gedəcək. “Hannover 96” burda yanvarın 9-dan 17-nə kimi təlim-məşq toplanışı keçəcək. Təxminən 1 həftəlik toplanış müddətində 2 yoxlama oyununun keçirilməsi də nəzərdə tutulub.
Belə ki, Hannover təmsilçisi yanvarın 12-də “Herta” ilə qarşılaşacaq. Almanlar bundan 4 gün sonra Rusiyanın “Rubin” klubu ilə gücünü sınayacaq. Bu isə o deməkdir ki, Gökdəmir millimizin digər üzvü Ruslan Abışovla meydanda üz-üzə gələ bilər.
Qeyd edək ki, Əli Gökdəmir cari mövsüm “Hannover 96”nın U-23-də çıxış etsə də, qış fasiləsində əsas komanda ilə hazırlıqlara qoşulacaq. Komandanın baş məşqçi postuna özü kimi Almaniya türkü olan Tayfun Korkutun təyin olunması Gökdəmirin oynamaq şanslarını artırıb.

0
0