Syominin istədiyi futbolçu “Atırau” ilə müqavilə bağladı
03.01.2014 - 13:47
Qazaxıstanın “Atırau” klubu 5 futbolçu ilə müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, bunlardan 2-si bizim klubların maraq dairəsində olmuş oyunçulardır.
Belə ki, Kiyev “Arsenal”ı klub olaraq fəaliyyətini dayandırdıqdan sonra azad agentə çevrilən Maykl Odibe karyerasını Qazaxıstanda davam etdirəcək. Nigeriyalı mərkəz müdafiəçisi Yuri Syominin almaq istədiyi futbolçular arasında olsa da, “Qəbələ” seçimi Odibenin “Arsenal”dakı komanda yoldaşı braziliyalı Rafael Santos üzərində etmişdi.
Uqandalı Savio Nsereko da karyerasını “Atırau”da davam etdirməyə qərar verib. Halbuki, İtaliya mətbuatının iddiasına görə, Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarının sabiq futbolçusu Rusiya, eləcə də ölkəmizdən təklif almışdı.
Qeyd edək ki, Qazaxıstanın “Atırau” klubunu vaxtı ilə “Qəbələ”nin sabiq baş məşqçisi Ramiz Məmmədov çalışdırıb.

0
0