Çumbinyonu Yunanıstandan istəyən klubun adı bilindi
03.01.2014 - 14:10
“Qarabağ”ın futbolçusu Çumbinyonun Yunanıstan Superliqasındakı çıxışı hələ də Elladada unudulmayıb. Apasport.az saytının məlumatına görə, futbolçuya bu ölkədən təklif var.
Artıq həmin klubun adını müəyyənləşdirmişik. Bu, Yunanıstan Superliqasının debütantı “Apollon Smirnis”dir. Ancaq Afina klubu futbolçunu istəsə də, ona “Qarabağ”dan aldığı qədər pul vermək iqtidarında deyil. Braziliyalı oyunçunun özü də Yunanıstanda oynamaqda maraqlıdır. Futbolçu azarkeş baxımından daha maraqlı olan çempionata geri qayıtmaq istəsə də, “Qarabağ”la müqaviləsinin olması və yunanların istədiyi pulu verə bilməməsi keçidin düyünə düşməsinə səbəb olub.
Qeyd edək ki, Çumbinyo 2009-2013-cü illər ərzində 6 Yunanıstan klubunda çıxış edib. O, “Etnikos” və “Olimpiakos” istisna olmaqla, “Panserraikos”, OFİ, “Levadiakos” və “Atromitos”da icarə əsasında oynayıb.

0
0