Endər Günlü: Oman klubu ilə müqavilə bağlayacağam
03.01.2014 - 16:26
Endər Günlü: Oman klubu ilə müqavilə bağlayacağam
“Turan”dan ayrıldıqdan sonra tarixi vətənim olan Türkiyədə oynadım. Türkiyənin 2-ci dəstə təmsilçisi “Eyüpspor”da çıxış etdim”. Bunu apasport.az saytına AZAL və “Turan”ın sabiq yarımmüdafiəçisi Endər Günlü deyib.

“Turan” aşağı dəstəyə düşdükdən sonra komandanı bütün legionerlər tərk etdi. Onlardan da biri Fransa doğumlu türk futbolçu Endər Günlü idi. 29 yaşlı futbolçu qısa Türkiyə karyerasının ardından özünü Asiyada sınamaq istəyir: “Eyüpspor”dakı karyeramı bəyənmədim. Mənim istəyim elitada oynamaqdır. Ona görə öz istəyimlə bu klubu tərk etdim. Dünən Omana gəlmişəm. Burda “Sohar” adlı elita klubu ilə müqavilə bağlayacağam. Ancaq cümə burda istirahət günü sayıldığından, hər yer bağlıdır. Ona görə də bazar ertəsi bu klubla müqavilə bağlayacağam. Müqaviləmin müddəti mövsümün sonunadək olacaq. Ancaq xoşuma gəlsə, sonradan 1 il daha burda oynaya bilərəm”.

Səbuhi TOFİQOĞLU