Ermənistan yığmasının futbolçusu “Neftçi”yə qarşı
03.01.2014 - 17:01
Ermənistan yığmasının sol cinah müdafiəçisi Levon Hayrapetyan Qazaxıstan çempionu “Aktobe”nin maraq dairəsinə düşüb. Apasport.az saytının məlumatına görə, 24 yaşlı futbolçu dekabrın ortalarında Polşanın “Vidzev” klubu ilə müqaviləsini pozduğundan, hazırda azad agent statusludur.
Hazırda Qazaxıstan klubu ilə erməni futbolçu arasında danışıqlar gedir. Tərəflər razılığa gəlsə, Hayrapetyan “Aktobe”nin Türkiyə toplanışına qatılacaq. Bu futbolçu ilə müqavilə bağlanacağı halda, Aktobe təmsilçisində 2-ci Ermənistan yığmasının futbolçusu olacaq. Digəri isə mərkəz müdafiəçisi Robert Arzumanyandır.
Qeyd edək ki, “Neftçi” “Aktobe” ilə Türkiyə toplanışı zamanı qarşılaşacaq. Bu görüş yanvarın 19-da baş tutacaq.

0
0