“Qarabağ” rəsmisi: Onunla müqaviləni pozmuşuq
03.01.2014 - 17:43
“Hazırda keçirəcəyimiz yoxlama görüşlərindən 2-də rəqiblər məlumdur. Yanvarın 19-da Buxarest “Dinamo”su, 23-də isə Semey “Spartak”ı ilə qarşılaşacağıq”. Bunu apasport.az saytına “Qarabağ”ın meneceri Asif Əsgərov deyib.
“Qarabağ” Türkiyədə yanvarın 7-dən 26-dək təlim-məşq toplanışı keçəcək. Burda 4 yoxlama oyununda qüvvəsini sınayacaq Ağdam təmsilçisi “İC Santai” otelində məskunlaşacaq.
Əsgərov rəqiblərin seçiminin Qurban Qurbanovun istəyinə uyğun aparıldığını bildirdi: “Qurban müəllim yanvarın 23-nə nisbətən zəif rəqiblə oynamağımızı istəmişdi. Ona görə də həmin tarixdə Qazaxıstan çempionatının debütantı ilə oynamaq qərarın gəldik. Ancaq ayın 23-dəki rəqib güclü komanda olmalıdır. Rusiya və Ukrayna klubları ilə hazırda danışıqlar aparırıq. Digər oyunumuz isə yanvarın 25-nə nəzərdə tutulub”.
Klub rəsmisi komandadan gedənlərə də aydınlıq gətirdi: “Mətbuatda komandadan ayrılanların olduğu yazılır. Ancaq Elvin Musazadənin karyerasını bitirməsi haqda danışmaq hələ tezdir. O cümlədən də digər gənc futbolçularımızdan heç biri komandadan getməyib. Yalnız müdafiəçi Kamil Hüseynovla müqaviləni pozmuşuq. Biz onu “Neftçala”ya icarəyə vermişdik. Ancaq o erkən qayıtdı. Qayıtdıqdan sonra isə bizdə ancaq əvəzedici komandada oynadı. Ona görə də onunla müqaviləni pozduq və özünə yeni komanda tapması üçün şərait yaratdıq. Murad Səttarlıya gəlincə, onun yenidən “Simurq”a icarəyə verilmək variantı var”.
Səbuhi TOFİQOĞLU

0
0