PSJ-dən Poqba üçün 60 milyon
03.01.2014 - 20:58
“Yuventus”un futbolçusu Paul Poqba karyerasını ölkəsi Fransada davam etdirə bilər. Apasport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, PSJ 20 yaşlı yarımmüdafiəçiyə elçi düşüb.
Belə ki, Paris klubu gənc futbolçu üçün 60 milyon avro ödəməyə hazırdır. Amma Turin təmsilçisi qış transfer pəncərəsində Poqbanı satmaq istəmir. Bu səbəbdən də, transferin mövsüm sonu reallaşacağı deyilir.
Qeyd edək ki, Fransa millisinin də üzvü olan Poqba 2012-ci ildə azad agent kimi “Mançester Yunayted”dən “Yuventus”a keçib. O, cari mövsüm İtaliya A Seriyasında 17 matçda iştirak edib və 5 qol, 3 qol ötürməsi ilə fərqlənib.

0
0