Kavani: PSJ Çempionlar Liqasını qazana biləcək gücdədi
03.01.2014 - 22:23
Kavani: PSJ Çempionlar Liqasını qazana biləcək gücdədi
PSJ-nin ulduz futbolçusu Edinson Kavani cari mövsümdəki hədəfləri ilə bağlı iddialı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan 26 yaşlı hücumçu Çempionlar Liqasının qalibi olacaqlarını deyib:

“Bəli, PSJ həqiqətən də Çempionlar Liqasını qazana biləcək gücdədir. Buna bütün qəlbimlə inanıram”.

Uruqvaylı forvard komanda yoldaşı Zlatan İbrahimoviçlə birlikdə oynamaqdan böyük zövq aldığını bildirib: “Zlatanın yanında özümü rahat hiss edirəm. O, möhtəşəm futbolçudur. Rəqib oyunçuları böyük qorxuya salır və hər an qol vura biləcək potensiala sahibdir. Özünəməxsus tərzi var. O, kobud və sərt olsa da, komanda üçün çox önəmli biridir”.

Qeyd edək ki, Kavani cari mövsümün əvvəlində İtaliya “Napoli”sindən Paris klubuna keçib.