Mourinyo: “Çelsi” azarkeşləri mənə inanır
03.01.2014 - 22:58
Mourinyo: “Çelsi” azarkeşləri mənə inanır
“Çelsi”nin baş məşqçisi Joje Mourinyo cari mövsümdəki işləri və gələcək planları ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu barədə portuqaliyalı mütəxəssis “Tvitter”dəki şəxsi hesabından məlumat yayıb:

“İlk mövsümüm üçün komanda yaxşı vəziyyətdədir. Biz qarşıdakı məsələlərin həllinə nail ola bilərik. “Çelsi”də indiyə kimi yüksəliş və düşüş oldu. İndi yeni komanda qururuq. Azarkeşlərimiz kluba və mənə inanır”.

Qeyd edək ki, 50 yaşlı mütəxəssis cari mövsümün əvvəlindən London klubunu çalışdırır.