Baroni: Aleks Telyesin “Qalatasaray”a keçəcəyinə inanmıram
03.01.2014 - 23:33
Baroni: Aleks Telyesin “Qalatasaray”a keçəcəyinə inanmıram
“Fənərbaxça”nın braziliyalı futbolçusu Kristian Baroni həmyerlisi Aleks Telyesin “Qalatasaray”a transferini dəyərləndirib. Apasport.az saytının məlumatına görə, Türkiyə mətbuatına danışan Baroni 21 yaşlı sol cinah müdafiəçisinin “sarı-qırmızılılar”a keçməsinə təəccübləndiyini deyib:

“Telyes Braziliyanın ən yaxşı sol cinah müdafiəçisidir. Onun “Real”, və ya “Barselona”ya keçəcəyini düşünürəm. Məncə, o, “Qalatasaray”a gəlməz. Amma “Qalatasaray” onu ala bilsə, böyük iş görmüş olar”.

Qeyd edək ki, “Cim-Bom” Aleks və klubu “Qremio” ilə anlaşaraq bu transferi reallaşdırıb. Braziliyalı futbolçu isə açıqlamalarında bunu təsdiqləyib və yanvarın 5-də İstanbulda olacağını deyib.