Şahin Diniyev: Yalnız bir qələbə...
04.01.2014 - 00:15
Topaz Premyer Liqasında mövsümün 5-ci istefası gerçəkləşdi. Apasport.az saytının məlumatına görə, 2014/15 mövsümünün ilk yarısından sonra yaranan qış fasiləsində “Rəvan” Şahin Diniyevlə yollarını ayırdı.
Çempionatın I dövrəsindən sonra paytaxt klubunun “sükanı arxasına” keçən 48 yaşlı mütəxəssis Premyer Liqada qələbəyə həsrət qalıb.
Belə ki, onun rəhbərliyi altında II dövrənin 9 matçında “Rəvan” cəmi 3 xal toplayıb: 3 heç-heçə və 6 məğlubiyyət. Bu qarşılaşmalarda bakılılar 5 qol vurub və 13-nü buraxıb. Fasilə ərəfəsində son 4 matçda cəmi 1 qol vuran və xal qazanmayan komandanın uğursuzluqları isə rəhbərliyin səbr kasasını daşırıb.
Düzdür, “Rəvan” Diniyevlə 1 qələbə qazanıb. Bu da ki, kubokun 1/8 final mərhələsinin “Qaradağ Lökbatan”la görüşünə təsadüf edib. Həmin matçda Premyer Liqanın autsayderlərində biri 5:2 hesabı ilə qalib gəlib.
Bu istefa “Rəvan”da sayca üçüncüdür. İlk 2 turda alınan məğlubiyyətlərdən sonra Ramil Əliyev postundan kənarlaşdırılmışdı. Sonrakı 7 matçda 6 xal toplayan komandanın nəticələrin üzündən Vladislav Qədirov da postundan göndərmişdi.
Çempionatın digər 2 istefası isə prinsipial rəqiblər “Neftçi” ilə “Xəzər Lənkəran”ın hesabındadır. Bakılılar 10 turdan sonra Tərlan Əhmədovu Nazim Süleymanovla, cənublular isə 14 turdan sonra Con Toşakı Mustafa Dənizli ilə əvəzləmişdi. 2014/15 mövsümünün daha bir istefası çempionat start götürməmiş, avrokuboklardan sonra gerçəkləşmişdi. Həmin vaxt Böyükağa Hacıyevlə yollarını ayıran “Neftçi” bu postu Tərlan Əhmədova həvalə etmişdi.
Xatırladaq ki, Diniyevi əvəzləyəcək mütəxəssis də bəllidir. Belə ki, təcrübəli çalışdırıcının yerinə türkiyəli Güvenc Kurtar gətirilir. Futbolçu karyerası ərzində "Beşiktaş", "Mersin İdman Yurdu", "Bursaspor", "Altay" və "Kocaelispor"da oynamış 63 yaşlı mütəxəssis məşqçi karyerası ərzində "Darıca Gənclərbirliyi", "Kocaelispor", "Sarıyer", "Petrolofisi", "Eskişəhərspor", "Zeytinburnuspor", "Diyarbəkirspor", "Elazığspor", "Akçaabat Sebatspor", "Çaykur Rizəspor", "Dənizlispor", "Bursaspor", "Altay" və "Adana Dəmirspor"a başçılıq edib.

0
0