Alman futbolçu arvadını döydü, məhkəməlik oldu
04.01.2014 - 00:44
“Levante”nin almaniyalı futbolçusu Kristian Lell polis tərəfindən saxlanılıb. Apasport.az yerli mətbuata istinadən xəbər verir ki, ispan klubunun cəhdlərinə baxmayaraq, 29 yaşlı müdafiəçi evə buraxılmayıb.
Belə ki, Lell həyat yoldaşına qarşı kobud rəftara görə saxlanılıb. Qonşuların şikayətindən sonra polis evə daxil olaraq futbolçunu aparıb. Məlumatlara görə onun aqibəti məhkəmənin verəcəyi qərarından sonra bəlli olacaq.
Qeyd edək ki, Münhen “Bavariya”sının yetirməsi olan təcrübəli futbolçu 2012-ci ildə ölkəsinin “Herta” klubundan İspaniya təmsilçisi “Levante”yə keçib.

0
0