Dieqo Simeone üzr istədi
04.01.2014 - 01:20
Dieqo Simeone üzr istədi
Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasına “bezdirici” dediyi üçün üzr istəyib. Apasport.az saytının məlumatına görə, “Sport.es”ə danışan 43 yaşlı mütəxəssis “bezdirici” sözünün düzgün seçim olmadığını bildirib:

“Bezdirici” sözü səhv seçimdir. Amma bu çempionat az şans verir. La Liqadakı rəqabəti artırmaq üçün dəyişiklik vacibdir. Xüsusilə də, azarkeşlər üçün”.

Qeyd edək ki, 43 yaşlı mütəxəssis 2011-ci ildən Madrid klubunu çalışdırır.