Güvənç Kurtar: Dənizliyə rəqib olmaq üçün...
04.01.2014 - 01:55
Güvənç Kurtar: Dənizliyə rəqib olmaq üçün...
Baş məşqçi Şahin Diniyevin ayrılmasından sonra “Rəvan”la anlaşan türkiyəli mütəxəssis Güvənç Kurtar yeni vəzifəsi ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, ölkəsinin mətbuatına danışan Kurtar həmyerlisi, “Xəzər Lənkəran”ın çalışdırıcısı Mustafa Dənizliyə rəqib olmaq üçün bu təklifi qəbul etdiyini deyib:

“Azərbaycanın “Rəvan” klubu ilə danışıqlardan sonra ilkin razılığa gəldik. Sabah da Azərbaycana gedirəm və son danışıqlarımızı aparacağıq. Anlaşmadan sonra bazar ertəsi müqavilə imzalayacağıq. “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizliyə rəqib olmaq üçün gedirəm”.