“Xəzər Lənkəran”ın sabiq forvardından şok qərar
04.01.2014 - 02:35
Bir dönəm “Xəzər Lənkəran”da da çıxış edən və 2012-ci ildə futbolla vidalaşan məşhur türkiyəli hücumçu Əhməd Dursun yenidən yaşıl meydanlara qayıdır. Apasport.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı forvard Türkiyə 2-ci dəstə təmsilçisi “Eyüpspor”la anlaşıb.
Belə ki, Dursun anlaşmadan sonra komandaya qoşulub və heyətlə birlikdə Antalya şəhərindəki təlim-məşq toplanışına yollanıb.
Qeyd edək ki, 2005-2006-cı illərəd “Beşiktaş”da çıxış edən Türkiyə millisinin sabiq üzvü 2009-2010 mövsümündə isə Lənkəran klubunun formasını geyib. O, son olaraq “Eyüpspor”un şərəfini qoruyub və 2012-ci ilin yanvarında zədə səbəbindən futbolçu karyerasını başa vurduğunu açıqlamışdı.

0
0