Beyl qayıdır
04.01.2014 - 03:57
Beyl qayıdır
“Real”ın zədəli olan futbolçusu Qaret Beyl yenidən yaşıla meydanlara qayıdır. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, uelsli yarımmüdafiəçi ötən gün komanda ilə birlikdə məşqlərə qatılıb.

Amma Madrid klubunun baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının XVIII turdakı (6 yanvar) “Selta” matçında ona şans vermək istəmir. İtaliyalı mütəxəssis cari mövsüm bir neçə dəfə zədələnən ulduz futbolçudan ehtiyatlanır.

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi bu yay 91 milyon avro qarşılığında İngiltərənin “Tottenhem” klubundan “Real”a keçib.