Sabiq “Barselona”lı türk klubu ilə razılığa gəldi
04.01.2014 - 07:11
Bir dönəm “Arsenal” və “Barselona” kimi nəhəng klubların da şərəfini qoruyan belaruslu futbolçu Aleksandr Qleb karyerasını Türkiyə Superliqasında davam etdirəcək. Apasport.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi “Konyaspor”la ilkin razılığa gəlib.
Belə ki, ölkəsinin BATE klubu ilə müqavilə müddəti başa çatan və hazırda azad agent olan Qleb bu gün Konya şəhərinə gələrək yeni klubu ilə rəsmi sözləşmə imzalayacaq.
Qeyd edək ki, Belarus millisinin də üzvü olan təcrübəli futbolçu 2012-ci ildən BATE-də çıxış edirdi.

0
0