Millimiz ilə heç-heçə ilə başladı - YENİLƏNİB
04.01.2014 - 16:14
Bu gün Azərbaycan millisi FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI ənənəvi beynəlxalq turnirdə ilk görüşünə çıxıb. Apasport.az saytının məlumatına görə, 1996-97-ci il təvəllüldü futbolçular arasında keçirilən yarışda komandamız Yunanıstan millisi ilə qarşılaşıb.
Nikolay Adamın başçılıq etdiyi yığmamız ilə heç-heçə ilə başlayıb. Belə ki, komandamız Elnur Cəfərovun 44-cü dəqiqədə vurduğu dəqiq zərbə ilə hesabı açıb. Bundan 36 dəqiqə sonra yunanlar azlıqda qalmalarına baxmayaraq, ikinci hissəyə əlavə olunmuş 7-ci dəqiqədə bərabərlik topunu vura biliblər.
Komandamızın yer aldığı C qrupunun digər qarşılaşmasında isə Yaponiya Çexiya ilə üz-üzə gəlib. Asiyalılar qarşılaşmadan 3:1 hesablı qələbə ilə ayrılıblar.
4 yanvar
Yunanıstan – Azərbaycan -
Qeyd edək ki, Peterburqski İdman-Konsert Kompleksində keçirilən görüş Adamın U-19-la ilk matçı olub.

0
0