“Birə-Bir”dən sonra “Rəvan”dan dəvət aldım - MÜSAHİBƏ
04.01.2014 - 11:17
“Birə-Bir”dən sonra “Rəvan”dan dəvət aldım - MÜSAHİBƏ
“Rəvan”ın yeni baş məşqçisi Güvənc Kurtar bu gün Azərbaycana gələcək. Apasport.az saytının məlumatına görə, 63 yaşlı təcrübəli mütəxəssis səfərə çıxmazdan öncə vətəni Türkiyədə müsahibə verib. O, həmkarlarımızla söhbətində Bakı təmsilçisinindən necə təklif aldığına da aydınlıq gətirib.

- Mustafa Dənizli ilə eyni ölkədə - Azərbaycanda çalışacaqsız. “Rəvan”la ilkin danışıqlarınız bitib və bu gün müqavilə üçün səfərə çıxırsız...
- Bəli, bu gün Bakıya yollanıram. İlkin danışıqları bitirmişik. Hansısa bir problem olmayacağı halda Azərbaycanda işləyəcəm. İnşallah, orada uğur qazanıb, türk məşqçilərin yolunu aça bilərik.

- Təklif necə gəldi? Onlar sizinlə harada danışdılar?
- TRT 3-də “Birə-Bir” proqramını izləyiblər. Orada söylədiklərim xoşlarına gəlib. Yəni, dediklərim Türkiyə üçün adi səslənsə də, digər yerlərdə böyük əks-səda doğurub.

- Mustafa Dənizlinin Azərbaycanda işlədiyini dedik. Az öncə Yılmaz Vuralın adı da “Kardiff”lə birgə çəkildi. Bu barədə nə deyə bilərsiz?
- Mənim proqramım ingiliscə olsaydı, bu ölkədən də təklif gələrdi. Yılmaz bizə imkan verərmi? Ondan qurtara bildiyimiz komanda tapdıq. Zarafat bir yana qalsın, Azərbaycanda uğur qazanmaq istəyirəm. Orada Mustafa Dənizli ilə Türkiyəni ən yaxşı şəkildə təmsil edəcəyik.