Şahin Diniyev: Uğur qazanacağıma əmin olmadığım üçün istefa verdim
04.01.2014 - 11:53
Şahin Diniyev: Uğur qazanacağıma əmin olmadığım üçün istefa verdim
“Qazandığım nəticələr məni qane etmirdi. Gələcəkdə bu komandada böyük uğurlar qazanacağıma əmin olmadığım üçün istefa verdim”. Bunu apasport.az saytına açıqlamasında “Rəvan”ın sabiq baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis komandadan ayrılmasına aydınlıq gətirib. Diniyev bildirib ki, “Rəvan”dan gedişi öz xahişi ilə olub: “Mən “Rəvan”ı iddialı etmək gücündə deyiləm. Futbola baxış prizmamdan bunu gördüm və komandadan ayrılmaq barədə qərarını özüm verdim. Yəni, “Rəvan”a gələndə başqa cür düşünürdüm, reallıq isə tam başqa alındı. İstədiyim alınmadı”.

Qeyd edək ki, Diniyevin rəhbərliyi altında 9 matçda cəmi 3 xal toplayan (3 heç-heçə və 6 məğlubiyyət) komanda artıq yeni baş məşqçi tapıb. Klubun yanvarın 6-da türkiyəli Güvənc Kurtarla rəsmi müqavilə imzalayacaq.