“Xəzər Lənkəran”ın Antalyadakı oyunları canlı yayımlanacaq
04.01.2014 - 12:22
“Xəzər Lənkəran”ın Antalyadakı oyunları canlı yayımlanacaq
Qısamüddətli fasilədən sonra “Xəzər Lənkəran” bu gün paytaxtda toplaşacaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda günorta saatlarında Türkiyə Hava Yollarının xidmətindən yararlanmaqla Bakı-İstanbul-Antalya aviareysi ilə qış təlim məşq toplanışı üçün qardaş ölkəyə yola düşəcək.

Cənub təmsilçisi Antalyanın Bələk turizm bölgəsində “Ela Quality Resort” otelində məskunlaşacaq.

Qeyd edək ki, toplanış müddətində komandanın məşqləri və yoxlama oyunları “Xəzər Lənkəran” TV vasitəsilə ilk dəfə təqdim olunacaq.