“Xəzər Lənkəran” Uğur Pamuku icarəyə verir
04.01.2014 - 14:33
“Xəzər Lənkəran” Uğur Pamuku icarəyə verir
“Xəzər Lənkəran”dan ayrılacağı gözlənilən daha bir futbolçunun adı bəlli olub. Apasport.az saytının məlumatına görə, milliləşən legioner Uğur Pamuk da baş məşqçi Mustafa Dənizlinin “qara siyahı”sında yer alıb.

Buna 25 yaşlı almaniyalının heyətə düşməkdə çətinlik çəkməsi səbəb olub. Bir il əvvəl komandaya transfer olunan Pamuk 2013-cü ildə sıralarında olduğu “ağ-yaşıllar”ın heyətində cəmi 19 oyun keçirib və 2 qol vurub. Cari mövsüm Topaz Premyer Liqasının 18 turunda 3 dəfə meydana çıxıb 52 dəqiqə oynayan hücumçunun baş məşqçinin tələblərinə uyun gəlmədiyi məlumdur.

Bu gün Türkiyəyə təlim-məşq toplanışına yollanan “Xəzər Lənkəran”ın legionerini icarəyə verəcəyi ehtimal olunur. Bu baxımdan onun üçün ən münasib variant kimi çempionatın autsayderi “Sumqayıt”ın olması mümkündür. Bu komandadan transfer olunan Uğur hazırda futbolçu çatışmazlığından əziyyət çəkən sabiq klubuna yardımçı ola bilər.