Rəqiblərimizin duelində Yaponiya sevindi
04.01.2014 - 15:06
Rəqiblərimizin duelində Yaponiya sevindi
FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI ənənəvi beynəlxalq turnirdə Azərbaycan millisinin (1996-97-ci il təvəllüldü futbolçular) yer aldığı C qrupunda 1 oyun başa çatıb. Apasport.az saytının məlumatına görə, rəqiblərimizdən Yaponiya Çexiya ilə üz-üzə gəlib. Qarşılaşma Asiya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan bu dəqiqələrdə Yunanıstan millisi ilə qarşılaşır.