Əliyevlə Mərdanov da “Rəvan”dan getdilər
04.01.2014 - 17:56
Əliyevlə Mərdanov da “Rəvan”dan getdilər
“Rəvan”ın baş məşqçisi Şahin Diniyevlə birgə məşqçilər korpusunda yer alan köməkçiləri də istefa veriblər. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Nazim Əliyevlə Xaliq Mərdanov komandadan rəsmən ayrılıblar.

İstefa ərizəsi ilə rəhbərliyə müraciət edən məşqçilər korpusunun istəyinin ikinci cəhddən sonra qəbul edildiyi bildirilir.

Qeyd edək ki, “Rəvan”ın yanvarın 6-da türkiyəli Güvənc Kurtarla rəsmi müqavilə imzalayacaq. Yeni çalışdırıcının köməkçilərinin də qonşu ölkədən gələcəyi istisna deyil.