“Qələbəni əldən vermək, əlbəttə, xoş təəssürat oyatmır”
04.01.2014 - 18:06
“İlk növbədə, belə gözəl turnirin keçirilməsinə görə təşkilatçılara təşəkkür edirəm”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin (U-19) baş məşqçisi Nikolay Adam deyib.
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Yunanıstanla bu gün keçirilmiş oyundan sonra almaniyalı mütəxəssis fikirlərini açıqlayıb: “Oyuna gəlincə, final fitinə bir neçə saniyə qalmış qol buraxaq qələbəni əldən vermək, əlbəttə, xoş təəssürat oyatmır. Bununla belə, nümayiş etdirdikləri oyuna və əldə etdikləri nəticəyə görə futbolçularımıza minnətdarlığımı bildirirəm. Güclü rəqiblə mübarizədə komandamızın üzvlərinin sarı vərəqə almaması da məni sevindirən amillərdən biridir”.
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Mənbə: affa.az

0
0