Yunan məşqçi Azərbaycanla oyundan danışdı
04.01.2014 - 18:14
Yunan məşqçi Azərbaycanla oyundan danışdı
“Ümumilikdə, oyundan və nəticədən razıyam. Amma düşünürəm ki, müəyyən epizodlarda daha dəqiq oynasaydıq, qələbə də qazana bilərdik”. Apasport.az saytının məlumatına görə, bunu Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Azərbaycanla matçdan sonra Yunanıstan millisinin (U-19) baş məşqçisi Teodoros Paxaturidis deyib.

O, son saniyələrdə məğlubiyyətdən qaçmalarının (1:1) səbəbini açıqlayıb: “Fasilədən sonra taktiki baxımdan bəzi dəyişikliklər etdik. Çünki birinci hissənin başa çatmasına bir neçə dəqiqə qalmış qol buraxmışdıq. Dəyişiklər xeyrimizə oldu. Turnirdə əsas məqsədimiz futbolçuların hazırlıq səviyyəsini müəyyənləşdirməkdir”.

Mənbə: affa.az