“Fənərbaxça” – “Neftçi” matçının vaxtı dəyişdirildi
05.01.2014 - 15:11
“Fənərbaxça” – “Neftçi” matçının vaxtı dəyişdirildi
Azərbaycan çempionu “Neftçi” klubunun Antalyada keçirəcəyi yoldaşlıq oyunlarından birinin vaxtı dəyişdirilib. Apasport.az saytı xəbər verir ki, “ağ-qaralar”ın Türkiyə nəhəngi “Fənərbaxça” ilə sınaq matçı əvvəlcədən nəzərdə tutulan vaxtda - yanvarın 17-də baş tutmayacaq.

Klubdan verilən xəbərə görə, oyun bir gün sonra Antalyadakı "Mardan" stadionunda, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.