Təzə bəy aeroportda problemlə üzləşdi
05.01.2014 - 15:36
Dövrələrarası fasilədə Antalyaya təlim-məşq toplanışına yollanan “Xəzər Lənkəran” bu gün ilk məşqini keçirib. Apasport.az saytının xəbərinə görə, “ağ-yaşıllar” səhər saatlarında “İC Santai” otelinin meydançasında məşqə çıxıblar.
Cənub təmsilçisi hazırlığa tam heyətlə start verə bilməyib.
Belə ki, toplanışa 17 futbolçu qatılıb. Daha 4 nəfər - hərbi xidmətdə olan Tərlan Qasımovla Kamran Abdullazadə və millinin heyətində FİFA-nın sabiq I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI ənənəvi beynəlxalq turnirdə iştirak edən Elnur Cəfərovun yaxın günlərdə komandaya qoşulacağı bildirilir.
Malili legioner Sadio Tounkara isə problemlə üzləşib. 2 gün əvvəl subaylığın daşını atan 22 yaşlı afrikalı təyyarə reysinə gecikdiyindən ilk məşqə qatılmayıb. Onun sabah komandanın məskunlaşdığı “Ela Quality Resort” otelinə gələcəyi bildirilir.
Baş məşqçi Mustafa Dənizli öncə komanda üzvlərini meydanın mərkəzinə yığaraq, tapşırıqlarını verib. Ardından futbolçular Covanni Melkiorrenin rəhbərliyi altında isinmə hərəkətləri edəndən sonra fiziki hazırlıqlar üzərində çalışıblar.

0
0