İsveçrə klubu türk baş məşqçisi ilə müqaviləni yenilədi
05.01.2014 - 18:50
İsveçrə klubu türk baş məşqçisi ilə müqaviləni yenilədi
İsveçrə “Bazel”i baş məşqçisi Murat Yakınla müqaviləni yeniləyib. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı məlumat yayıb.

Rəhbərlik türk əsilli mütəxəssislə cari sözləşməni 2016-cı ilin iyun ayına qədər uzadıb.

Qeyd edək ki, 2012-ci ildə “Bazel”in baş məşqçi postuna təyin olunan 39 yaşlı çalışdırıcı 2013-ci ildə çempionluq yaşadı. Onun komandası hazırda İsveçrə çempionatında 33 xalla liderdir.