“Borussiya” yeni Levandovski axtarışında
05.01.2014 - 19:30
“Borussiya” yeni Levandovski axtarışında
Dortmund “Borussiya”sının idarə heyətinin üzvü Hans-Yoaçim Vatzke hücumçuları Robert Levandovskinin “Bavariya”ya transferini dəyərləndirib. Apasport.az saytının məlumatına görə, “Bild am Sonntag”a danışan klub rəsmisi bu keçidin onlar üçün sürpriz olmadığını deyib:

“Heç təəccübləndirici olmadı. Gözlənilən bir hadisə idi. Neçə həftə bundan əvvəl bilinirdi. İndi idman direktorumuz Mixael Çork yeni Levandovski axtarışındadır. Klubumuzla Levandovski arasında heç bir problemolmadı və olmayacaq da. Mövsüm sonuna qədər də əlindən gələnin ən yaxşısını edəcəyinə əminəm”.

Qeyd edək ki, “Bavariya” ötən gün polşalı futbolçu ilə 5 illik müqavilə imzalayıb. Ancaq, o, cari mövsüm başa çatdıqan sonra Münhen klubuna keçəcək.