Ərsun Yanaldan Droqba və Sneyder açıqlaması
05.01.2014 - 20:30
“Fənərbaxça”nın baş məşqçisi Ərsun Yanal əzəli rəqibləri “Qalatasaray”ın ulduz futbolçuları Didye Droqba və Uesley Sneyderlə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan təcrübəli mütəxəssis hər iki oyunçunun Türkiyədə ən səviyyəli legionerlər olduğunu deyib:
“Türkiyədə səviyyəli legionerlər var. Amma hazırda “Qalatasaray”da çıxış edən Droqba və Sneyder ən səviyyəli olanlardır. Bu iki futbolçu çox fərqlidir. Bu səviyyədə futbolçu yoxdur. Ancaq Droqba möhtəşəm futbolçu olmağına baxmayaraq, artıq geriləyir. Matçlarda çox qaça bilmir. Futbolçu müəyyən vaxtda müəyyən qədər qaçmazsa, oynaya bilməz. Amma, o, əla futbolçudur. Misal üçün, “Gənclərbirliyi” matçında başının yanı ilə elə bir qol vurdu ki, Türkiyədə heç kim elə qol vura bilməz”.

0
0