Yohan Elmander millimizin üzvü ilə komanda yoldaşı ola bilər
05.01.2014 - 22:48
Yohan Elmander millimizin üzvü ilə komanda yoldaşı ola bilər
“Qalatasaray”ın sabiq futbolçusu Yohan Elmander yenidən Türkiyə Superliqasına qayıda bilər. Apasport.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ufuk Budakın da şərəfini qoruduğu “Əskişəhərspor” 32 yaşlı hücumçunu heyətinə qatmaq istəyir.

Məlumatlara görə hazırda “Norviç Siti”də çıxış edən təcrübəli forvard da Türkiyəyə qayıtmaq arzusundadır.

Qeyd edək ki, İsveç millisinin də üzvü olan Elmander cari mövsümün əvvəlində icarə əsasında İngiltərə klubuna göndərilib.