“Qalatasaray” Hayroviç transferini reallaşdırdı
06.01.2014 - 00:58
“Qalatasaray” Hayroviç transferini reallaşdırdı
“Qalatasaray” “Qarsshoper”in futbolçusu İzzət Hayroviçi heyətinə qatıb. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “sarı-qırmızılılar” 22 yaşlı yarımmüdafiəçi və klubu ilə razılığa gəlib.

Məlumatlara görə, İstanbul təmsilçisi Hayroviçlə 4.5 illik müqavilə imzalayacaq. Gənc futbolçu yanvarın 8-də “Cim-Bom”un Antalyadakı təlim-məşq toplanışına qatılacaq.

Qeyd edək ki, Bosniya və Herseqovina millisinin də üzvü olan İzzət 2009-cu ildən İsveçrə klubunda çıxış edir.