“İnter”də şad xəbər: Milito qayıdır
06.01.2014 - 03:02
“İnter”də şad xəbər: Milito qayıdır
“İnter”in ulduz futbolçusu Dieqo Milito növbəti oyunlarda komandasına kömək edə biləcək. Apasport.az saytı İtaliya mətbuatına istinadən xəbər verir ki, uzun müddətdir zədəli olan və cari mövsüm yaşıl meydanlardan kənar qalan 34 yaşlı hücumçu artıq sağalıb.

Belə ki, məşqçilər korpusu təcrübəli forvardın adını bu gün keçiriləcək “Latsio” matçının iştirak ərizəsinə daxil edib.

Qeyd edək ki, Argentina millisinin də üzvü olan Milito 2009-cu idə “Cenoa”dan Milan klubuna keçib.