“Sevilya”dan Mehmet Topal açıqlaması
06.01.2014 - 04:30
“Sevilya”dan Mehmet Topal açıqlaması
“Sevilya”nın baş məşqçisi Unai Emeri “Fənərbaxça”lı futbolçu Məhmət Topalı transfer edəcəkləri ilə bağlı iddialara aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan təcrübəli mütəxəssis sabiq yetirməsini heyətlərinə qatmaq istəmədiklərini deyib:

“Biz bir-birimizi “Valensiya”dan tanıyırıq. O, çox yaxşı futbolçudur. Hazırda “Fənərbaxça”da işləri yaxşı gedir və bizim onun oynadığı mövqeyə futbolçu almaq fikrimiz yoxdur”.

Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan 27 yaşlı yarımmüdafiəçi 2010—2012-ci illər ərzində İspaniyanın “Valensiya” klubunda çıxış edib. Həmin vaxt Emeri də ispan klubunu çalışdırırdı.