“İnter” Türkiyədədir
06.01.2014 - 10:36
“İnter” Türkiyədədir
"İnter" dünən axşam saatlarında Türkiyəyə gəlib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Antalyanın Bələk bölgəsində yerləşən "Titanic Deluxe" otelində məskunlaşan komanda bu gün səhər saatlarında Türkiyədəki ilk məşqinə çıxacaq.

Hazırlıq planına əsasən futbolçular əvvəl fitnes zalında çalışacaq, daha sonra isə meydana çıxacaqlar. "İnter"in Antalyadakı toplanışı ayın 25-nə kimi davam edəcək.

Qeyd edək ki, təlim-məşq toplanışı çərçivəsində “İnter” 5 yoxlama görüşü keçirəcək. “Bankirlər”in rəqiblərindən 2-si bəllidir. Bunların hər ikisi Almaniyanı təmsil edir: “Arminiya” və “Holştayn”.