“Qəbələ” “Volqa”ya məğlub olmayacaq!
06.01.2014 - 10:51
2013/14 mövsümünün ilk yarısını 2-ci pillədə başa vuran “Qəbələ” Türkiyəyə ilk dəfə 2006-cı ilin yayında qədəm qoyub. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bununla "Qəbələ" 10-cu dəfədir ki, təlim-məşq toplanışı üçün Antalyaya üstünlük verir.
Bundan başqa Avstriya, Sloveniya və İngiltərədə də hazırlıq keçirən komanda indiyədək 9 dəfə Türkiyə toplanışında olub. 6-cı dəfə qışda qonşu ölkəyə yollanan komanda burada ümumilikdə 38-i xarici klublarla olmaqla 40 qarşılaşmada qüvvəsini sınayıb. Daha 2 matçda isə “Qəbələ” “Neftçi” ilə görüşüb.
Ümumilikdə isə ölkə xaricində 51-i əcnəbilərlə olmaqla 53 yoxlama matçına çıxan “qırmızı-qaralar” bu dəfə daha 7 görüşdə qüvvəsini sınayacaq. “Qəbələ” bunlardan 2-sini Qəbələdə, 5-ni isə xaricdə keçirib.
Bu dəfəki 7 qarşılaşmadan 4-dəki rəqib artıq bəllidir. Onlardan biri – “Konyaspor”la “Qəbələ” 2008-ci ilin yayında da qarşılaşmışdı. 6 il əvvəlki görüşdə qapılara qol vurulmamışdı. Bu matç Türkiyə təmsilçiləri ilə yubiley – 15-ci yoxlama oyunu olacaq. Bunadək 7 qələbə qazanan “Qəbələ” 3 heç-heçə edib və 4 dəfə uduzub. Top fərqində isə təmsilçimiz böyük üstünlüyə malikdir – 28:11. Rəqiblər arasında isə “Trabzonspor” və “Gənclərbirliyi” kimi tanınmış klublar da olub. Düzdür, hələ rəqibin dəqiqləşmədiyi tarixdə - yanvarın 10-da Türkiyə komandası ilə matç baş tutsa da, yubiley ertələnəcək.
Yanvarın 13-də “Tobol”, 1 həftə sonra Semey “Spartak”ı ilə görüşəcək “Qəbələ” indiyədək Qazaxıstan klubları ilə 2 dəfə görüşüb. “Qırmızı-qaralar” həm “Taraz” (0:1), həm də “Atırau”ya (1:2) uduzub.
“Volqa” isə “qırmızı-qaralar”la görüşəcək 4-cü Rusiya klubu olacaq. Əvvəlki 3 matçda “Qəbələ” məğlub olmayıb. Təmsilçimiz 1 qələbə qazanıb, 2 heç-heçə etdiyi görüşlərdə 4 top vuraraq 3-nü buraxıb. Ona görə də gözləmək olar ki, Yuri Syominin yetirmələri yanvarın 22-də “Volqa”ya ən azından məğlub olmayacaq.

0
0