“Azərbaycanın bütün oyunçuları sona kimi döyüşdü” - MÜSAHİBƏ
06.01.2014 - 11:57
“Azərbaycanın bütün oyunçuları sona kimi döyüşdü” - MÜSAHİBƏ
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Yunanıstan yığması millimizlə 1:1-lik heç-heçə etdi. Apasport.az saytının məlumatına görə, Ellada təmsilçisinin baş məşqçisi Teodoros Paxaturidis bu qarşılaşma haqqında danışıb.

- Azərbaycanla oyun haqqında nə deyə bilərsiniz?
- Ümumilikdə oyundan təəssüratlarım müsbətdir. Əgər bəzi anlarda biz intizamlı olsaydıq, hesab tam fərqli də ola bilərdi. Ancaq komandanın oyunundan razıyam.

- İkinci hissədə siz bir neçə futbolçunu və oyun sxemini dəyişdirdiniz, yerdəyişmələr etdiniz. Bu sizin planın işləməməsi deməkdir, yoxsa siz nəticəyə hər hansı bir üsulla nail olmaq istəyirdiniz?
- Biz həqiqətən də fasilədə oyunun sxemini dəyişdirdik. Hesab edirəm ki, bu, köməyimizə çatdı. Çünki biz daha çox hücum qurduq, daha çox meydana sahib olduq. Ancaq xüsusi vurğulamalıyam ki, turnirdəki əsas məqsədimiz komandanın əsl vəziyyətinə və uşaqlar oyunlar zamanı işinə nəzər yetirməkdir.

- Hər hissədə komandalardan biri ərazi üstünlüyünə sahib oldu. Rəqiblərdə - Yunanıstan yığmasına ilk, Azərbaycan millisində isə ikinci yarıda qələbə qazanmaq üçün nə çatışmadı?
- Bəli, həqiqətən də biz ilk yarıda üstünlüyə malik idik. Ancaq bizdə hücumların sonluğunda dəqiqlik və tez düşünmək bacarığı çatışmadı. Bəzən düzgün qərarlar qəbul edə bilmədik. İkinci hissədə, xüsusən biz 10 futbolçu ilə qalanda cəmi 1-2 hücumumuz oldu. Ancaq yekunda biz qol vurmağı və hesabı bərabərləşdirməyi bacardıq.

- 2 il əvvəl Yunanıstan yığması turnirdə pis çıxış etmişdi, ötən il isə öz nəticələrini yaxşılaşdırmışdı. Bu il siz hansı hədəfləri qarşınıza qoymusunuz?
- Mənim üçün sevindiricidir ki, siz bizim inkişafımızı qeyd etdiniz. Biz hər il daha yaxşı çıxış edirik və bizim məqsədimiz mümkün qədər irəli getməkdir. Ancaq konkret olaraq bu turnirdə tapşırığımız uşaqlara baxmaq və maksimum yüksək yer tutmaqdır.

- Matçın gedişinə uyğun olaraq hər yığmada minimum 2 futbolçu fərqləndirilir. Bəs siz rəqib komandanın futbolçularından kimin oyununu qeyd edərdiniz?
- Qeyd edərdim ki, Azərbaycanın bütün oyunçuları sona kimi döyüşdülər. Ancaq mən “8” nömrəli futbolçunu seçərdim (millimizin kapitanı və “Fənərbaxça”nın futbolçusu Mirkamil Həşimlini nəzərdə tutur – red.).