Yeni transferi “Xəzər Lənkəran”ın düşərgəsinə gəldi
06.01.2014 - 12:41
“Xəzər Lənkəran”ın düşərgəsinə yeni futbolçu qoşulub. Apasport.az saytının məlumatına görə, cənubluların 2 illik müqavilə bağladığı Orxan Əliyev yeni komandasının Türkiyədəki düşərgəsinə gəlib.
O bu gün yeni komandasında ilk məşqinə çıxacaq. Belə ki, Bakı vaxtı ilə saat 13:00-da Orxan “Xəzər Lənkəran”da ilk hazırlığını keçirəcək.
Qeyd edək ki, Rusiya futbol məktəbinin yetirməsi olan Orxan Əliyevin ölkəmizdə ilk klubu “Sumqayıt” olub. Gənc hücumameylli futbolçu U-19 yığmamızın da üzvüdür.

0
0