Davud Kəriminin komandasının oyununu Fatih Terim izləyəcək
06.01.2014 - 14:46
Azərbaycanlı qapıçı Davud Kəriminin çıxış etdiyi “Fəthiyəspor” ikinci dövrənin hazırlıqlarına start verib. Apasport.az saytının məlumatına görə, Türkiyənin I dəstə təmsilçisi dünəndən Antalyanın Kəmər bölgəsində hazırlıqlara başlayıb.
Komanda burda yanvarın 11-nə kimi hazırlıq keçəcək. Yeri gəlmişkən, bu gün “Fəthiyəspor” Türkiyənin I dəstə klublarının yerli futbolçularından ibarət yığma komandası ilə gücünü sınayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. “Əmirhan” otelinin meydançasında keçiriləcək bu qarşılaşmanı Türkiyə millisinin baş məşqçisi Fatih Terimin də izləyəcəyi gözlənilir. Bundan başqa, görüşü izləyənlər arasında digər klub məşqçiləri, menecerlər və Türkiyə mətbuatı da olacaq.
“Fəthiyəspor” Antalyada 2-ci yoxlama oyununu isə yanvarın 8-də keçirəcək. Rəqib Türkiyənin II dəstə təmsilçisi “Aydınspor” olacaq. Bu matç da Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.
Qeyd edək ki, bu yoxlama oyunlarında Davud Kəriminin də meydana çıxacağı gözlənilir.

0
0