Kamran Ağayev siqaretlə yaxalandı
06.01.2014 - 15:01
Kamran Ağayev siqaretlə yaxalandı
“Bakı”nın qeyri-sabit oyununun əsas səbəbi klub daxilindəki xaosdur. Apasport.az futbolinfo.az saytına istinadən xəbər verir ki, rəhbərliyində kimin hansı postu tutmasının dəqiq olmadığı paytaxt təmsilçisində futbolçular hətta komandanın düşərgəsində istirahət edərkən də kef məclisindən qalmır.

Yığmamızın da üzvləri olan Elvin Məmmədov, Cavid Hüseynov, Kamran Ağayev, Rauf Əliyev, Əfran İsmayılov və indi “Rəvan”da icarədə olan Aqil Nəbiyevin sərinləçdirici içkilərdən istifadə etməsində qəribə heç nə yoxdur. Amma masanın üstündəki siqaret qutusu ağılda suallar yaradır. Milinko Pantiçlə Berti Foqtsun gözündən uzaq: görəsən, bu qutunu Kamranın qarşısına kim atıb?