“Xəzər Lənkəran”a daha bir braziliyalı gəlir
06.01.2014 - 15:36
“Xəzər Lənkəran”a daha bir braziliyalı gəlir
“Xəzər Lənkəran”ın düşərgəsinə yaxın günlərdə daha 1 futbolçu qoşulacaq. Apasport.az saytının əldə etdiyi məlumata görə, bu futbolçu da Braziliyadandır.

Ancaq klubdan hələ ki həmin futbolçunun adı açıqlanmır. Bununla belə, onun yarımmüdafiəçi olduğu və klubun braziliyalı meneceri Mario Souza tərəfindən gətirildiyi bilinir.

Qeyd edək ki, onunla birgə “Xəzər Lənkəran”a braziliyalı qapıçı da gələcək. Hər 2 futbolçu ilə müqavilə bağlanacağı halda, komandada braziliyalıların sayı 4-ə çatacaq.