Millimizin baş məşqçisi: Bizim komandada onun böyük avtoriteti var - MÜSAHİBƏ
06.01.2014 - 16:21
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə millimiz Çexiya yığmasına 0:2 hesabı ilə məğlub oldu. Apasport.az saytının məlumatına görə, yığmamızın almaniyalı çalışdırıcısı Nikolay Adam qarşılaşmadan sonra mətbuat konfransında yenilginin səbəbləri haqqında danışıb.
- Qarşılaşma haqqında fikirlərinizi bilmək istərdik.
- Çexiya yığmasını qələbə münasibəti ilə təbrik edirəm. Onların yaxşı komandaları var. Bu gün biz başa düşdük ki, qələbə bizə lazım olduğu kimi onlara da lazım imiş. Mən ilk oyundakı taktikanı seçmişdim. Ancaq planımız işə yaramadı. Səbəb isə ondadır ki, hücumlarımızda emosiya, gurultu və originallıq çatışmırdı.
- Siz – alman futbol məktəbinin nümayəndəsi Azərbaycan yığmasını çalışdırırsınız. Mentalitetlər arasındakı fərqlər sizin üçün problem deyil ki?
- Əlbəttə ki yox! Mənim problemim yoxdur. Yerli federasiya inkişaf etmək üçün olduqca çox böyük istəyə və imkana malikdir. Biz, almanlar isə bura Azərbaycan futbolunu qaldırmağa yox, məhz onun inkişafına kömək etməyə gəlmişik.
- Siz komandanızın hücumdakı çıxışına qiymət verdiniz. Bəs digər xətlər haqqında nə deyərsiniz?
- Siz düzgün soruşmursunuz. Komandanı xətlər üzrə, məsələn, hücumdakı fəaliyyətinə görə qiymətləndirməzlər. Bəli, mən dedim ki, biz irəlidə partlayış edəcək bir şey edə bilmədik. Ancaq biz sürətdə də uduzduq. Matçın statistikasına baxın: 75/25-nə topa sahib olma faizi rəqibin xeyrinədir. Əsas səbəb sürətin olmaması və tez qərar qəbul edə bilməməyizdədir.
- Əvəzetmələrdən birində siz kapitanı meydandan çıxardınız. Bu o deməkdir ki, siz hələ komandanın liderini müəyyənləşdirməmisiniz?
- Mən bu əvəzetmədə xüsusi bir problem görmürəm. Oyunçu yoruldu, mən isə onu dəyişdim. Ancaq o həqiqətən də bizim yığmanın lideridir. Miri Həşimli (Mirkamil Həşimlini nəzərdə tutur – red.) hazırda Türkiyənin “Fənərbaxça” klubunda oynayır. Bizim komandada onun böyük avtoriteti var.

0
0