İsgəndər Cavadov ən yaxşıların adlarını açıqladı
06.01.2014 - 17:42
“Hələ SSRİ dönəmindən – 1981-ci ildən etibarən keçirilən bu turnir hər zaman diqqət mərkəzində olub və burada çox güclü komandalar mübarizə aparıb. Bu gün də turnirin yüksək səviyyədə təşkil olunduğunu qeyd etmək lazımdır”. Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov deyib.
1996/97-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş yığmamız Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirə turnirində iştirak edir. Komandaya dəstək olmaq üçün Rusiyaya səfər edən Cavadov bu haqda AFFA-nın saytına fikirlərini bildirib: “Sevindirici haldır ki, müvafiq yaş qrupundan ibarət Azərbaycan yığma komandası artıq 6-cı dəfədir ki, ardıcıl olaraq bu turnirdə iştirak edir. Bu, AFFA tərəfindən yığma komandalara yaradılan hərtərəfli şəraitin göstəricilərindən biridir. Müxtəlif yaş qruplarından ibarət yığmalarımız il ərzində nüfuzlu turnirlərdə mübarizə aparır. Belə yarışlarda çıxış etmək futbolçuların ayrı-ayrılıqda, eləcə də komanda şəklində inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.
Əlbəttə, Valentin Qranatkinin xatirə turnirində yığmamızın iştirakı bizi sevindirir. Lakin komandamızın nəticələrinin də bizi sevindirməsini istərdik”.
Veteran futbolçu yığmamızdakı yaxşı futbolçuları da fərqləndirib: “Burada çıxış edən futbolçulardan Mahir Mədətov, Elnur Cəfərov, Fəhmin Muradbəyli və digərləri yaxşı oyun nümayiş etdirirlər. İstərdim ki, komandamızın ifasında daha hücumameyilli futbol izləyək. Oyunlardan öncə və sonra futbolçularla söhbətlərim olur və onlara bildirirəm ki, daha inamlı, qələbə əzmi və istəyi ilə mübarizə aparmaq lazımdır. Klublarımızın da uşaq və yeniyetmə futboluna xüsusi yanaşması vacibdir. Yığma komandaların düşərgəsinə futbolçular klublardan gəlir. Düşünürəm ki, klublarda bu istiqamətdə işlər daha yaxşı həyata keçirilsə, həm klubların, həm də yığmaların nəticələrinə müsbət təsirini göstərəcək”.

0
0