Milinko Pantiç söz verdi
06.01.2014 - 18:17
Milinko Pantiç söz verdi
“Bakıda işləmək çox yaxşı təcrübədir. Çox çətindir, ancaq əladır. Güclü komandalara qarşı mübarizə aparmaq üçün hələ çox işləmək lazımdır”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.

Serbiyalı mütəxəssis “Bakı”dan əvvəl çalışdığı İspaniyanın futbol.as.com saytının əməkdaşı Xuan Kasanyesə müsahibə verib. O verdiyi geniş müsahibədə “Atletiko”ya karyerasının sonlarında gəlməsindən, Kokedən, komandanın cari mövsüm 3 titul qazana biləcəyindən danışıb.

Kasanyes son 2 sualını ölkəmizlə bağlı verib. Onun azərbaycan dili haqqında verdiyi sualı Pantiç belə cavablandırıb: “Mən Azərbaycan dilini öyrənməyə söz verirəm. Mənim ispancadan tərcüməçim var. Həmçinin rus dilində də danışa bilirəm. Mən bunu 8 yaşımda məktəbdə öyrənmişəm. Bu dil əhalinin bir hissəsinin danışa bildiyi dildir”.