Yaponiya qələbə qazandı, millimiz mükafatçılar arasına düşə bilmədi
06.01.2014 - 18:26
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə millimizin yer aldığı C qrupunda 2-ci matç baş tutub. Apasport.az saytının məlumatına görə, Yaponiya Yunanıstanla qarşılaşıb.
Görüş asiyalıların minimal hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 90-cı dəqiqədə Şindo vurub. Bununla da millimizin qrupu ilk sırada bitirərək mükafatçılar arasına düşmək şansının üzərindən rəsmən xətt çəkilib. İndi yığmamız ən yaxşı halda qrup ikincisi ola bilər.
Qeyd edək ki, millimiz qrupun son oyununda lider Yaponiya ilə qarşılaşacaq. Yaponlarla oyun saat yanvarın 8-də, saat 12:00-da keçiriləcək.

| Yaponiya | 2 | 2 | 0 | 0 | 4-1 | 6 |
| Çexiya | 2 | 1 | 0 | 1 | 3-3 | 3 |
| Yunanıstan | 2 | 0 | 1 | 1 | 1-2 | 1 |
| AZƏRBAYCAN | 2 | 0 | 1 | 1 | 1-3 | 1 |
0
0